Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Bakıda X Azərbaycan Beynəlxalq Geofizika Konfransı keçirilib
06.11.2017 10:12
  • A-
  • A
  • A+

Bakıda X Azərbaycan Beynəlxalq Geofizika Konfransı keçirilib

Bakıda “Cənubi Xəzər və oxşar çökəkliklərin karbohidrogen potensialının geofiziki tədqiqatlarla qiymətləndirilməsi” mövzusunda X Azərbaycan Beynəlxalq Geofizika Konfransı keçirilib.

Tədbir Azərbaycan Milli Geofizika Komitəsi - Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti və Neft  Mühəndisləri Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Konfransda Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru,  AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbirdə RSXM-in əməkdaşları “Sakit seysmik ərazilərdə neft yataqları laylarına vibroseysmik təsirin nəticələri”, “Azərbaycanda flüidlərin seysmomonitorinqi əsasında xəzərdə qazılan quyularda seysmik təhlükə ilə əlaqədar qəzaların qarşısının alınması”, “Palçıq vulkanlarının yaratdığı geodinamik gərginliyin ekogeofiziki üsullarla tədqiqi” və “Azərbaycan ərazisində neftlə çirklənmiş sahələrin tədqiqi” mövzusunda məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: