Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İtaliyalı elektronika mütəxəssisləri duman əleyhinə yol lazer sistemi icad ediblər
06.11.2017 10:21
  • A-
  • A
  • A+

İtaliyalı elektronika mütəxəssisləri duman əleyhinə yol lazer sistemi icad ediblər

İtaliyalı elektronika mütəxəssisləri dumanlı havalarda parlayaraq dəhlizlər çəkən radarlı yol lazer sistemi yaradıblar.

www.ansa.it saytının məlumatına görə, 42 yaşlı elektronika mütəxəssisi Domeniko Qallo ölümlə nəticələnən avtomobil qəzasına şahid olur. Bu hadisədən sonra o, yol lazer sistemini icad etməyə qərar verir.

Ağır iqlim şəraitində sınaqdan keçirilmiş və tam avtomatlaşdırılmış “LaserAid” adlı sistem yolu duman bürüdüyü zaman işə düşür. İtaliyanın yol xidməti tədricən ölkənin bütün yollarını "lazer" duman əleyhinə qurğularla təchiz etmək niyyətindədir. Yolu işıqlandıran adi fənərlərin analoji iş prinsipinə malik bu qurğu yol boyu dayaq və sütunlarda yerləşdirilə bilər.

  • Paylaş: