Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər” mövzusunda respublika konfransı keçiriləcək
06.11.2017 10:56
  • A-
  • A
  • A+

“Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər” mövzusunda respublika konfransı keçiriləcək

4 dekabr 2017-ci il tarixində AMEA-nın Əsas binasında Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransda aşağıdakı problemlərə dair məruzələrin müzakirə edilməsi nəzərdə tutulub:

- Qafqaz ölkələri birinci və ikinci müstəqillik dövrlərində: müqayisəli-politoloji təhlil;

- Qafqazda münaqişələr, ərazi işğalları və terror;

- Qafqaz ölkələrində daxili ictimai-siyasi şərait;

- Qafqaz dövlətlərinin xarici siyasəti və qarşılıqlı münasibətləri.

Məruzə tezislərinin hazırlanmasına dair tələblər:

- Microsoft Word A4 ölçüdə 1 səhifə (300 sözdən ibarət) həcmində, Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan 2 sm, abzaslar 1.15 sm. parametrlərinə uyğun olmalıdır;

- Müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yuxarıda sağda qara hərflərlə yazılmalıdır;

- Müəllifin ad və soyadından sonra səhifənin ortasında tezisin adı böyük qara hərflərlə yazılmalıdır.

Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini 20 noyabr 2017-ci il tarixinədək qafqazperspektivler@gmail.com elektron ünvanına göndərə bilərlər.

Telefon: (+994 12) 539 89 91, 539 89 55

Ünvan: Bakı ş., H.Cavid pr. 117, IV mərtəbə, 446-cı otaq

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: