Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan tarixində dövlət rəmzləri” mövzusunda tədbir keçiriləcək
07.11.2017 12:33
  • A-
  • A
  • A+

“Azərbaycan tarixində dövlət rəmzləri” mövzusunda tədbir keçiriləcək

8 noyabr 2017-ci il tarixində saat 11:00-da AMEA-nın Əsas binasında “Azərbaycan tarixində dövlət rəmzləri” mövzusunda "dəyirmi masa" keçiriləcək.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan tədbirin təşkilatçısı AMEA-nın Elm Tarixi İnstitutudur.

Dəyirmi masa çərçivəsində Azərbaycan tarixinin çoxəsrlik dövlətçilik ənənələri və rəmzlərindən bəhs edən məruzələr dinləniləcək, həmçinin elmi müzakirələr aparılacaq.

Ünvan: Bakı şəh., H.Cavid pr., 115 (Elm Tarixi İnstitutunun konfrans zalı).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: