Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zoologiya İnstitutunda ilk dəfə olaraq reptililər üzərində sitogenetik tədqiqatlara başlanılıb
10.11.2017 09:09
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunda ilk dəfə olaraq reptililər üzərində sitogenetik tədqiqatlara başlanılıb

AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasında ilk dəfə reptililər üzərində sitogenetik tədqiqatlara başlanılıb.

Tədqiqatların aparılmasının məqsədi izolə edilmiş populyasiyalarda olan fərdlərin kariotipini müqayisəli öyrənməkdir. Həmçinin partogenetik yolla çoxalan, hibrid fərdlər əmələ gətirən növlərin sitogenetik fərqlərini analiz etməkdir.

İlk tədqiqatlar biologiya üzrə elmlər doktoru Qiyas Quliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisindən əldə olunan Qafqaz aqaması (Paralaudakia caucasia), Quba rayonundan tutulan Qafqaz qayalıq kərtənkələsi (Darevskia caucasica) və Dağıstan kərtənkələsi (Darevskia daghestanica) növləri üzərində aparılıb.

Qeyd edək ki, xrоmоsоm prеpаrаtlаrı qırmızı sümük iliyi hücеyrələrindən hаzırlаnıb. Prеpаrаtlаrın hаzırlаnmаsı zamanı C.E.Fоrd və J.L.Hаmеrtоnun mоdifikаsiyаlаşdırılmış mеtоdundаn istifаdə оlunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: