Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan dilində işlənən alman mənşəli beynəlxalq sözlərin izahlı lüğəti nəşr olunub
13.11.2017 13:17
  • A-
  • A
  • A+

Azərbaycan dilində işlənən alman mənşəli beynəlxalq sözlərin izahlı lüğəti nəşr olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin əməkdaşı, professor Nəriman Seyidəliyevin “Azərbaycan dilində işlənən alman mənşəli beynəlxalq sözlərin izahlı lüğəti” çapdan çıxıb.

Nəşrin redaktoru professor Fəxrəddin Veysəlli, rəyçiləri professorlar İsmayıl Məmmədli, Nadir Məmmədli və dosent Dilşad Veysəlovadır.

Lüğətə 700-dən artıq termin-söz və ifadə daxil edilib. Buradakı sözlər yalnız Azərbaycan dilində deyil, internasional söz kimi dünyanın əksər dillərində işlədilir.

“Azərbaycan dilində işlənən alman mənşəli beynəlxalq sözlərin izahlı lüğəti” “Elm və təhsil” nəşriyyatında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: