www.science.az
14.11.2017 09:47

AMEA-nın Gəncə Bölməsi ilə Əlyazmalar İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb

AMEA-nın Gəncə Bölməsi ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədi Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli imzalayıblar.

Beş il müddətinə nəzərdə tutulan müqaviləyə əsasən tərəflər birgə elmi-tədqiqat işləri, akademik araşdırma və informasiya mübadilələri aparacaq, gənc elmi kadrlar hazırlayacaq, elmi əsərlər, məqalə və monoqrafiyalar nəşr etdirəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.