www.science.az
14.11.2017 13:14

Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Cocuq Mərcanlı kəndində olublar

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları seysmik stansiyalardakı iş şəraitini yoxlamaq məqsədilə Azərbaycanın səkkiz rayonunda olublar.

Səfər çərçivəsində Füzuli rayonunda olan əməkdaşlar, həmçinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə və Lələtəpə yüksəkliyinə də baş çəkiblər.

Xatırladaq ki, Cəbrayıl rayonu ərazisində yerləşən seysmik stansiya vaxtilə ermənilər tərəfindən dağıdılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.