Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Amerikalı alimlər isitmə və soyutma funksiyalarına malik parça hazırlayıblar
14.11.2017 15:38
  • A-
  • A
  • A+

Amerikalı alimlər isitmə və soyutma funksiyalarına malik parça hazırlayıblar

ABŞ-ın Stenford Universitetinin laboratoriyasının alimləri tərəfindən hazırlanmış yeni material insanı soyuq havada isitmə, isti havada isə sərinləşdirmə qabiliyyətinə malikdir. Unikal iki qatdan ibarət olan parça geyimlərin hazırlanması ilə yanaşı, yüksək texnologiyalar sahəsində də istifadə edilə bilər.

Sputnik.fm saytının məlumatına görə, materialın hazırlanmasında xüsusi komponentlərdən istifadə edilib. Belə ki, daxili qatı nanoməsaməli polietilendən hazırlanan material temperatur artdıqda insan bədəninin istiliyini xaric edir. Sözügedən materialın xarici qatı isə şüalanma əmsalı aşağı olan mis tozlanmasından hazırlanıb. Bu texnologiya sayəsində parça soyuq hava şəraitində istiliyi udaraq özündə mühafizə edir. Bununla yanaşı, parça hava və buxar buraxaraq dəriyə sərinlik verir.

Alimlər bu materialı təcrübədən keçirmək niyyətindədirlər. Güman olunur ki, materialdan yaz-payız geyimlərinin və dəyişkən temperaturda işləyən texnika üçün qoruyucu örtüklərin hazırlanmasında istifadə ediləcək.

  • Paylaş: