Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Elektron idarəediləbilən su və istisu sayğacları” layihəsinin təqdimatı olub
15.11.2017 10:06
  • A-
  • A
  • A+

“Elektron idarəediləbilən su və istisu sayğacları” layihəsinin təqdimatı olub

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) “Elektron idarəediləbilən su və istisu sayğacları” layihəsinin təqdimatı keçirilib.   

Tədbirdə AMEA Yüksək Texnologiyalar Parkının, eləcə də Türkiyənin "EUROMET" və Almaniyanın "EPC Group" şirkətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə İSİ-nin direktoru, akademik Telman Əliyev çıxış edərək rəhbərlik etdiyi qurumda son illərdə yaradılmış innovativ layihələr barədə məlumat verib. Qeyd edib ki, rəhbərlik etdiyi müəssisədə müasir tipli yanacaq paylama kalonkalarının, reklam sənayesində geniş yayılmış LED Displey panellərinin istehsalı həyata keçirilib, eyni zamanda, mühəndis texniki sistemlərinin təhlükəsizliyinin nəzarəti və idarə edilməsinə dair qurğu hazırlanıb.

İclasda AMEA YT Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, "EUROMET" şirkətinin rəhbəri Recai Coşkun, "EPC Group" şirkətinin rəhbəri Məhəmməd Miyabi və digərləri çıxış edərək təqdimatı keçirilən layihənin istehsalatda tətbiqinin önəmindən danışıb, həmçinin qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: