Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Neft, qaz, neft emalı və neft kimyası sənayeləri üçün reagentlər və məhsullar” kitabı çap olunub
17.11.2017 09:20
  • A-
  • A
  • A+

“Neft, qaz, neft emalı və neft kimyası sənayeləri üçün reagentlər və məhsullar” kitabı çap olunub

AMEA-nın akad. Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşlarının həmmüəllifi olduğu “Neft, qaz, neft emalı və neft kimyası sənayeləri üçün reagentlər və məhsullar” adlı monoqrafiya rus dilində çapdan çıxıb.

“Elm” nəşriyyatında çap olunan kitabda 1983-2015-ci illər ərzində NKPİ-də aparılmış metalların korroziyadan inhibitor müdafiəsinə aid laborator tədqiqatların nəticələri ümumiləşdirilib. Bundan əlavə, sintezin elmi əsaslarının yaradılması üzrə tədqiqatların nəticələri və antistatik aşqarların, parafin, duzçökmə, korroziya inhibitorlarının, ərphəlledici kompozisiyalarının əldə edilməsinin sənaye prosesi texnologiyalarının işlənib hazırlanması təqdim olunub.

Monoqrafiya magistrlər, doktorantlar və sözügedən sahələrdə çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: