Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.11.2017 16:25
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunda İsveçrə Ali Təhsil Məktəbinin nümayəndələri ilə görüş keçirilib

Neft və Qaz İnstitutunda İsveçrə Ali Təhsil Məktəbinin nümayəndələri ilə görüş keçirilib

Noyabrın 22-də AMEA-nın Neft və Qaz İnstitutunda İsveçrə Ali Təhsil Məktəbinin elm üzrə koordinatoru Yekaterina Voronova və idarəetmə üzrə köməkçisi Lala Çzhan ilə görüş keçirilib.

Məqsəd iki qurum arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin yaradılması və davamlı inkişafı olub.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının Elm və TəhsilBeynəlxalq Əlaqələr idarələrinin əməkdaşları, Neft və Qaz, Geologiya və Geofizika institutlarının gənc alim və mütəxəssisləri iştirak ediblər.

Tədbirdə Y.Voronova təmsil etdiyi qurumun yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq layihələr, tələbələr üçün ixtisas proqramları və xarici dil kursları, yay və qış məktəbləri, həmçinin təhsil haqları barədə məlumat verib. Bildirib ki, İsveçrə Ali Təhsil Məktəbi Montre şəhərində yerləşən özəl universitetlərdən biridir və burada 11 proqram (bakalavriata qədər, bakalavriat, magistratura və doktorantura, onlayn təhsil proqramı, xarici dil kursları, individual təhsil, MBA, yay və qış məktəbləri) və 10 ixtisas (o cümlədən Neft və qaz mühəndisliyi, beynəlxalq əlaqələr, turizm və otel menecerliyi) üzrə gənc kadrlar yetişdirilir.

Xüsusilə neft və qaz mühəndisliyinə toxunan Y.Voronova bu sahədə təhsil alan gənclərin ticarət qanunları, qlobal iqtisadiyyat, neft müqavilələri, layihələrin peşəkar idarəedilməsini mənimsədiklərini söyləyib. Dərslərin təcrübəli müəllim və professorlar tərəfindən tədris olunduğunu deyən Y.Voronova qeyd edib ki, tələbələrin gələcək karyeralarında uğur qazanmaları üçün universitet ən müasir avadanlıqlarla təchiz olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: