Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullahın müəllifi olduğu “Akademik Vasim Məmmədəliyev irsi” kitabı çapdan çıxıb.
Nəşr görkəmli alim, QMİ-nin Elmi-Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəliyevin elmi-dini fəaliyyətinə həsr edilib.
Kitaba ön sözü QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə yazıb. Nəşrin elmi redaktoru Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, rəyçiləri QMİ-nin sədr müavini Hacı Sabir Həsənli, professorlar - Kamandar Şərifov, Nəsib Göyüşov və dosent Zəkiyə Əbilova, redaktorları QMİ-nin şöbə müdiri Əlirza Qafarov, f.ü.f.d. Kərimulla Məmmədzadə və QMİ-nin aparıcı mütəxəssisi, f.ü.f.d. İbrahim Quliyevdir.
Əsər “Akademik Vasim Məmmədəliyevin həyatı, yaradıcılığı və elmi-dini fəaliyyətinin əsas istiqamətləri” və “Akademik Vasim Məmmədəliyev Quranşünas alim kimi” adlı fəsillərdən ibarətdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.