Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

24.11.2017 16:21
  • A-
  • A
  • A+

Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərovun 70 illik yubileyi qeyd olunub

Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərovun 70 illik yubileyi qeyd olunub

Şamaxı rayon İcra Hakimiyyəti, Azərbaycan Aşıqlar Birliyi və AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsinin birgə təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərovun 70 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Şamaxı rayon Mədəniyyət Mərkəzində baş tutan yığıncaqda respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbiri muzeyin Aran şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Rasim Ələsgərovun həyat və yaradıcılığı haqqında məlumat verib.  Bildirib ki, 1969-cu ildən Xaqani adına Şamaxı rayon mədəniyyət evində bədii rəhbər kimi fəaliyyət göstərən R.Ələsgərov hazırda “Şirvan” folklor ansamblına başçılıq edir.  O, özünü həm də bəstəkar kimi sınamış, “Şamaxı baharı”, ”Şirvan təranələri” kimi məşhur musiqi əsərlərini yazmışdır.  

Məruzəçi R.Ələsgərovun sənətinin hər zaman ölkənin incəsənət xadimlərinin diqqət mərkəzində olduğunu, onun  haqqında yüzlərlə məqalə, oçerklər yazıldığını, onlarla radio və televiziya verlişlərinin təşkil edildiyini bildirib. Sənətkarın Azərbaycan radiosunun qızıl fondunda 50-yə yaxın lent yazısının yer aldığını diqqətə çatdırıb.

Sonra çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov, Əməkdar artist, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinov və başqaları ifası ilə mədəniyyətimizdə xüsusi iz buraxmış sənətkarın zəngin fəaliyyəti ilə bağlı öz fikirlərini bölüşüblər, ona yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə, həmçinin Xalq  artisti Zabit Nəbizadə,  Əməkdar mədəniyyət işçiləri, Aşıq Əhliman Rəhimov, Aşıq Ağamurad İsrafilov, Rəhman Rasimoğlu, incəsənət xadimləri Əvəzxan Xankişiyev, Aşıq Əli Tapdıqoğlu və digərləri nəfəs alətlərinin mahir ifaçısı Rasim Ələsgərovun tanınmış əsərlərindən, əldə etdiyi nailiyyətlərdən söz açıblar.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: