Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə Hüseyn Cavidin Ev Muzeyində bir sıra tədbirlər həyata keçiriləcək
27.11.2017 10:23
  • A-
  • A
  • A+

Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə Hüseyn Cavidin Ev Muzeyində bir sıra tədbirlər həyata keçiriləcək

Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” 24 oktyabr 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Muzeydə “Cavidşünaslıq” məqalələr toplusunun 50 cildinin, həmçinin Məmməd Cəfər Cəfərovun “Hüseyn Cavid” monoqrafiyasının latın qrafikası ilə yenidən hazırlanması və nəşri planlaşdırılır. Bundan əlavə, muzey tərəfindən tədbirlər planı çərçivəsində “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyasının II cildi, o cümlədən “Sözləri Hüseyn Cavidindir” adlı mahnı albomu hazırlanacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: