Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Coğrafiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib
28.03.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Coğrafiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

AMEA Coğrafiya İnstitutunun Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov “İqtisadiyyatda və idarəetmədə müasir meyllər: yeni baxış” mövzusunda keçirilmiş XXIV Beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

Rusiyanın Novosibirsk şəhərində keçirilmiş tədbirdə R.Kazımov “Azərbaycan Respublikasında davamlı demoqrafik inkişafın coğrafi problemləri” adlı məqalə ilə çıxış edib. Müəllif ölkəmiz üçün regional demoqrafik yüklənmə, əhalinin regionlar üzrə qeyri-bərabər paylanması, ümumi əhalinin yüksək sıxlığı şəraitində demoqrafik proseslərin idarə olunmasının zəruriliyi, bəzi dağ və düzən kəndlərin demoqrafik dayanıqlılığın səciyyəvi olduğunu qeyd edib. O, ölkədə demoqrafik proseslərin perspektiv tənzimlənməsi istiqamətlərinin araşdırıldığını söyləyib.

R.Kərimov Təşkilat Komitəsi olan Elmi Əməkdaşlıq üzrə İnkişaf Mərkəzi tərəfindən sertifikatla təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: