Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib
28.11.2017 08:50
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə  tanış edib.

Sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının əməkdaşı, texnika üzrə fəlsəfə doktoru Məhbub Kazımovun “Naxçıvan Muxtar Respublikasında külək enerjisi, ondan istifadə imkanları və xüsusiyyətləri” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzədə Naxçıvan Muxtar Respublikası ərazisində gələcəkdə külək enerjisi almaq üçün quraşdırılacaq qurğulardan və onların istifadə imkanlarından bəhs olunub.

Daha sonra 2017-ci ildə illik hesabatların hazırlığının vəziyyəti barəsində bölmənin Elmi-təşkilat şöbəsinin rəisi, aqrar elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırov çıxış edib.

Gündəliyə çıxarılan digər məsələ gənc laborant və baş laborantların 2017-ci ilə aid hesabatları haqqında olub. Bölmənin gənc kadrları gördükləri işləri heyət üzvlərinin diqqətinə çatdırıb. Hesabatlar dinlənildikdən sonra gənc tədqiqatçılara gələcəkdə fəaliyyətlərini daha da genişləndirmək üçün istiqamətlər verilib.

İclasın sonunda bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə cari məsələlərdən danışıb. O, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın və həmin institutun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun hazırladıqları kitabları Rəyasət Heyətinin üzvlərinə təqdim edib. Müzakirələrdən sonra kitabların nəşrinə icazə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: