Böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının Xalq şairi Xəlil Rza Ulutürk tərəfindən edilən poetik tərcüməsi yeni tərtibatda çap olunub. Layihənin rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.
Kitaba AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı “Ön söz” yazıb.
Nəşrin redaktoru AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. Kitaba alimin “Epik şeirə yeni şivə gətirən sənətkar” məqaləsi əlavə olunub.
Qeyd edək ki, nəfis tərtib edilmiş nəşr Əlyazmalar İnstitutunun baş rəssamı, Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əlinin illüstrasiyaları ilə bəzədilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.