Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü İlyas Babayevin biobiblioqrafik göstəricisi çap olunub
06.12.2017 15:14
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İlyas Babayevin biobiblioqrafik göstəricisi çap olunub

Tanınmış arxeoloq alim, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü İlyas Babayevin bioblioqrafik göstəricisi çapdan çıxıb.

Mərkəzi Elmi Kitabxana tərəfindən hazırlanan kitabın tərtibçisi Təranə Rüstəmova, redaktoru isə Kəmalə Məmmədovadır. 

Nəşrdə İ.Babayevin əsərləri, alimin iştirak etdiyi beynəlxalq, regional və respublika səviyyəli konfranslar, elmi rəhbəri olduğu dissertantlar, həmçinin rəhbərlik etdiyi arxeoloji ekspedisiyalar haqqında məlumatlar yer alıb. Bioblioqrafik göstərici 1965-2016-cı illəri əhatə edir. 

Vəsait humanitar sahədə çalışan mütəxəssislər, arxeoloq və etnoqraflar, doktorant, dissertant və tələbələr, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: