Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Nobel mükafatının analoqu olan “Breakthrough Prize”-in laureatlarının adları açıqlanıb
07.12.2017 15:30
  • A-
  • A
  • A+

Nobel mükafatının analoqu olan “Breakthrough Prize”-in laureatlarının adları açıqlanıb

Rusiyalı milyarder, İnternet layihələrinin sərmayəçisi Yuri Milner, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və “Google” şirkətinin banisi Sergey Brin  tərəfindən təsis edilən “Breakthrough Prize” mükafatının laureatlarının adları açıqlanıb.

Hüceyrə biologiyası, bitkilər fiziologiyası, neyrodeqenerativ xəstəliklər, riyaziyyat və kosmologiya sahəsində çalışan tədqiqatçılar bu nüfuzlu elmi mükafatın qalibləri seçiliblər.

Müsabiqənin mükafat fondu üç milyon dollar təşkil edib.

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində yerləşən Solka İnstitutunun bioloqu Coanna Xori bitkilərin kölgədə böyüməsini idarə edən genetik proqramların otuzillik tədqiqi sayəsində əldə etdiyi nəticələrə görə mükafatın qalibi olub.

Amerikalı riyaziyyatçı alimlər - Kristofer Hakon (Yuta Universiteti) və  Ceyms Makkernan (Kaliforniya Universiteti) isə birasional həndəsə sahəsində apardıqları tədqiqatlara görə bu mükafata layiq görülüblər.

Digər mükafatlar hüceyrə tənzimlənməsi mexanizmlərinin öyrənilməsi, motor neyronları xəstəlikləri və xromosomların tədqiqi üzrə verilib.

www.lenta.ru

  • Paylaş: