Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Neft-Kimya Prosesləri İnstitutunda xəstəliklərə və zyanvericilərə qarşı yeni dərman preparatı sintez olunub
15.12.2017 09:12
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda xəstəliklərə və zyanvericilərə qarşı yeni dərman preparatı sintez olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun alimləri tərəfindən kənd təsərrüfatında bitkilərin xəstəliklərinə və heyvandarlıqda mikroblara qarşı yeni dərman preparatı (İAF-1) sintez olunub.

“İAF-1” dərman preparatı Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Cəlilabad dayaq mərkəzində kartofçuluqda kolorada böcəyinə, tərəvəz bitkilərində yaşıl qurdlara və mənənələrə qarşı insektisid kimi sınaqdan çıxarılıb. İnsektisidin ilkin və iki il ardıcıl çöl sınaqları nəticəsində müəyyən edilib ki, preparatın texniki səmərəliliyi 95 faiz olur. Bu da hazırda istifadə olunan insektisidin texniki səmərəliliyi ilə eynidir, iqtisadi səmərəliliyinə görə isə “İAF-1” analoji preparatlarla müqayisədə iki dəfə ucuz başa gəlir.

“İAF-1” preparatının Baytarlıq İnstitutunda heyvandarlıqda bağırsaq çöpləri mikroblarına qarşı bakterisid və dezinfeksiyaedici dərman preparatı kimi (akarosid)  də sınaqları aparılıb. “İAF-1”in bağırsaq çöpləri mikroblarına qarşı bakterisid təsirinin öyrənilməsi nəticəsində müəyyən edilib ki, göstərilən maddənin 0,5 faizli suda məhlulu “E.Coli”ni 15 dəqiqə müddətində tam məhv edir. Bundan başqa “İAF-1”in bağırsaq çöplərinə görə dezinfeksiyaedici xassəsi də öyrənilib.

İAF-1 dərman preparatı həm insektisid, həm də akarosid sahələrdə tətbiqinə görə patent hüququ əldə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: