Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Amerikalı alim Azərbaycanda mühüm elmi araşdırmalar aparıb
15.12.2017 12:19
  • A-
  • A
  • A+

Amerikalı alim Azərbaycanda mühüm elmi araşdırmalar aparıb

ABŞ-ın Nyu-York Universitetinin Qədim Dünyanın Tədqiqatı İnstitutunun əməkdaşı doktor Selin Nugent AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə birgə elmi araşdırmalar aparıb.

Amerikalı alimin cəlb olunduğu beynəlxalq elmi-tədqiqat layihəsinin əsas mövzusunu tunc dövründə Cənubi Qafqazda, əsasən də Azərbaycan ərazisində qədim yerli əhalinin qida rasionu və ərzaq çeşidləri üzrə araşdırılması təşkil edir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və əməkdaşları doktor Selin Nugentə lazımi dəstəyi göstərib, amerikalı tədqiqatçının institutun arxeoloji fondunda çalışmasına şərait yaradıblar.

Qeyd edək ki, texnoloji cəhətdən inkişaf etmiş qabaqcıl ölkələrdə qədim abidələrin arxeoloji tədqiqi zamanı üzvi qalıq tapıntılarının izotop tərkibinin analizi nəticəsində qədim əhalinin istifadə etdiyi ərzağın çeşidi barədə mühüm məlumatlar əldə edilir.

Türkiyədə neolit və xalkolit dövrü Çatal Höyük abidəsində apardığı tədqiqatlardan sonra amerikalı alım Naxçıvan Muxtar Respublikasında (Şərur düzünün tunc dövrü abidələri) və Lerikdə (Piboztəpə antik nekropolu) üzvi tapıntıların izotop analizlərinin aparılması, Azərbaycanın qədim əhalisi barədə arxeometrik məlumatların beynəlxalq elmi dövriyyədə tanıdılması istiqamətində fəaliyyət göstərib. Türk və Azərbaycan dilini müfəssəl bilən doktor S.Nugent bu il Ohayo Universitetində “Orta tunc dövründə Şərur düzündə maldarların hərəkət dinamikası və məskən komplekslərinin formalaşması” mövzusunda dissertasiya müdafiə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: