Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

21.12.2017 09:58
  • A-
  • A
  • A+

“Hacı Zeynalabdin Tağıyev” klubunun fəal üzvlərinə sertifikatlar verilib

“Hacı Zeynalabdin Tağıyev” klubunun fəal üzvlərinə sertifikatlar verilib

Dekabrın 20-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində (MATM) bu qurumun “Hacı Zeynalabdin Tağıyev” klubunun fəal üzvlərinə sertifikatlar verilib.

Tədbirdə MATM-ın elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov muzeydə 2013-cü ildən fəaliyyət göstərən Azərbaycanın görkəmli sahibkar və mesenatı Hacı Zeynalabdin Tağıyevin adını daşıyan klubun fəaliyyəti barədə məlumat verib. O, burada müxtəlif mövzularda keçirilən məşğələlərin məktəblilərin və gənclərin dünyagörüşlərinin inkişafında rolunu vurğulayıb. Bildirib ki, H.Z.Tağıyevin həyat və fəaliyyətini araşdırmaq, ona və ailəsinə məxsus sənəd və əşyaları toplamaq, eləcə də görkəmli xeyriyyəçinin fəaliyyətini təbliğ etmək klubun əsas vəzifəsidir.

Daha sonra “Hacı Zeynalabdin Tağıyev” klubunun məşğələlərində cari il ərzində fəallığı ilə seçilən üzvlərə təşəkkürnamə və sertifikatlar təqdim olunub.

Tədbir çərçivəsində, həmçinin muzeyin “Tarixə səyahət” adlı kinoklubunda “ARB Aran” yaradıcılıq mərkəzinin istehsalı olan, XIX – XX əsrin əvvəllərində yaşamış Azərbaycanın görkəmli sahibkar və mesenatlarına həsr olunmuş filmin ilk dəfə nümayişi keçirilib. Film üç hissədən – H.Z.Tağıyevə həsr olunmuş “Əfsanə”, M.Nağıyevə həsr olunmuş “Əliaçıq xəsis” və M.Muxtarova həsr olunmuş “Ölməz Murtuza” əsərlərindən ibarət olub.

Filmin bədii rəhbəri Tahir Tahiroviç bu ekran əsəri barədə ətraflı məlumat verib. Bildirib ki, bu filmlərin çəkilməsi Azərbaycan tarixinin önəmli səhifələrindən olan xeyriyyəçi sahibkarlar və mesenatların fəaliyyətini geniş ictimaiyyətə təqdim etmək, tanıtdırmaq məqsədi daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: