Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Kitabi-Dədə Qorqudun mürəkkəb feilləri” adlı kitabı çapdan çıxıb
27.12.2017 11:42
  • A-
  • A
  • A+

“Kitabi-Dədə Qorqudun mürəkkəb feilləri” adlı kitabı çapdan çıxıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, Həmkarlar Komitəsinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın “Kitabi-Dədə Qorqudun mürəkkəb feilləri” adlı kitabı çapdan çıxıb.

Nəşrin redaktorları Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovdur.

Kitab müasir Azərbaycan dilçiliyinin, ümu​mi​likdə tür­ko­lo­gi­yanın aktual prob­lem­lə­rindən bi​rinə - xalqımızın mənəviyyat salnaməsi olan ölməz abi­dənin dilindəki alınma faktların müasir Azərbaycan ədəbi dilinin təşək­külü və qohum dillərlə müqayisəsi kontekstində təhlilinə həsr olun­​ub.

Monoqrafiyada Azərbaycan dilçiliyində ilk dəfə olaraq, “Kitabi-Dədə Qorqud” abidəsinin dilin­də işlənmiş ərəb və fars mənşəli feil komponent​lərinin sistemli və təf­si­latlı leksik-semantik araşdırması təklif edilir. Yeni nəşr Azərbaycan ədəbi dilinin formalaşma tarixi boyunca mü­vafiq feillərin işlənmə mövqelə​rinin izlənməsinə imkan yaradır, dastanın yaranma və yazıya alınma tarixi ilə bağlı bəzi mə­qam­lara işıq salmağa müvəffəq olur.

Təqdim edilən araş­dır­ma ədəbi dilimizin tarixinin öy​rənilməsi baxımından mühüm əhə­miy­yət kəsb edir. Kitab dil tarixçiləri, həmçinin dil əlaqələrinin tədqiqi və müqayisəli leksikologiya ilə məşğul olan mü­tə­xəs­sislər, tədqiqatçılar, dok­to­rant və tələbələr üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: