Dekabrın 28-də saat 14:00-da AMEA-nın Əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklorun sosial aspektləri: kommunikasiya və virtual ənənə” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Tədbirdə “Kommunikasiya folklorun funksional strukturunun sosial şərti kimi”, “Texnokulturoloji mühitdə folklor: virtual ənənə və kommunikasiya”, “Edip kompleksinin məna yaradıcı gücü: psixoloji konfliktdən sosial-mədəni normalara” və “Şifahi ünsiyyət prosesində folklorun semantikası” mövzularında məruzələr dinləniləcək.
Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 115.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.