Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Hüseyn Cavid irsi məktəblilər arasında təbliğ edilir
27.12.2017 14:44
  • A-
  • A
  • A+

Hüseyn Cavid irsi məktəblilər arasında təbliğ edilir

Azərbaycan romantizm ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsi təbliğ olunur. Bu istiqamətdə AMEA Hüseyn Cavidin Ev Muzeyi ali müəssisələrlə birgə tədbirlər təşkil edir.

Muzeydə Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının Teatr şöbəsinin tələbələrinin iştirakı ilə “Hüseyn Cavid yaradıcılığı tələbələrin ifasında” mövzusunda növbəti tədbir keçirilib.

Tədbirdə Teatr şöbəsinin tələbələrinə Hüseyn Cavidin həyatı, əbədiyaşar zəngin yaradıcılığı barədə məlumat verib.

Sonra tələbələrin ifasında H.Cavidin şeirləri səsləndirilib, dram əsərlərindən səhnəciklər nümayiş olunub, gənc aktyorların ifasında “İblis”, “Şeyx Sənan” pyesindən parçalar göstərilib.

Sonda tələbələr muzeyin ekspozisiyası ilə ətraflı tanış olublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: