www.science.az
05.01.2018 10:24

Azərbaycanda “Koroğlu” adlı ilk milli komiks təqdim olunub

AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə “İRS cizgi” yaradıcılıq qrupunun “Koroğlu” adlı ilk milli komiksinin təqdimatı keçirilib.

Milli komiksin ərsəyə gəlməsi üçün öncə tarixi araşdırma aparılıb, arxiv materialları ilə işlənilib və nəticədə Koroğlu qəhrəman kimi təqdim edilib. Komiksin növbəti buraxılışlarında təkcə Koroğlu deyil, Azərbaycan tarixinin digər milli qəhrəmanları olan Babək, Şah İsmayıl Xətai, və müasir dövrün qəhrəmanlarından olan Mübariz İbrahimov kimi personajlar olacaq.

Komiks istənilən yaş qrupu üçün nəzərdə tutulmuş ssenari əsasında hazırlanıb. Dastandan ilhamlanaraq, tarixi faktlara əsaslanaraq milli ruhda hazırlanan komiks oxucuya məntiq və dünyagörüşü aşılayır. 

Layihənin müəllifləri gələcəkdə komiks əsasında oyuncaqlar, animasiya və kompüter oyunları təqdim etməyi planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.