Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Qızıl zərgərlik məmulatları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib
09.01.2018 11:01
  • A-
  • A
  • A+

Qızıl zərgərlik məmulatları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə tarixi əhəmiyyətə malik yeni materiallar daxil olub. Bu, XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid olan qızıl işləməli asma “Quran qabı” və qızıl zəncir boyunbağıdır.

“Quran qabı” Bakı şəhər sakininə məxsus olub, çəkisi 58,85 qr.-dır. Qızıl zəncir boyunbağının çəkisi isə 42 qr.-dır. Qızıl əşyalar muzeyin Xüsusi Fonduna təhvil verilib.

Bu qiymətli metallar ölkəmizdə XIX-XX əsrin əvvəllərində zərgərliyin yüksək səviyyədə inkişaf etməsinin bariz nümunəsidir. Həmçinin Azərbaycanın o dövr etnoqrafiyasının tədqiqi sahəsində mühüm əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: