Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.01.2018 11:17
  • A-
  • A
  • A+

AMEA-nın İkinci xüsusi şöbəsində 2018-ci ildə görüləcək işlər müzakirə olunub

AMEA-nın İkinci xüsusi şöbəsində 2018-ci ildə görüləcək işlər müzakirə olunub

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri iştirak edib.

Əvvəlcə 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminarda şöbənin rəisi Eldar Quliyev çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun və xüsusi təyinatlı dəstələrin Bakıya yeridilərək dinc əhaliyə qarşı divan tutduğunu bildirib. O, xüsusi qəddarlıqla 146 nəfərin öldürüldüyünü, 744 nəfərin yaralandığını, 841 nəfərin isə qanunsuz həbs olunduğunu diqqətə çatdırıb. E.Quliyev həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçilərinin də olduğunu söyləyib. O, məkrli şəkildə ermənipərəst şəxslər tərəfindən planlaşdırılmış qanlı hadisənin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıdığını, lakin buna nail ola bilmədiklərini deyib.

E.Quliyev daha sonra 2017-ci ildə AMEA-nın elmi müəssisə və təşkilatlarında Mülki müdafiə və səfərbərlik hazırlığının (hərbi uçotun, səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilmiş hərbi vəzifəlilərin sayı haqqında illik hesabatın hazırlanması) yekunları barədə çıxış edib. O, əvvəlki illərdən fərqli olaraq artıq hesabatların qərargah rəislərinin yardımı ilə müvafiq müəssisələrin kadrlar şöbələri tərəfindən hazırlandığını diqqətə çatdırıb.

Şöbə rəisi hesabatların ümumiləşdirilib təsdiq olunduqdan sonra Nazirlər Kabinetinə göndəriləcəyi barədə məlumat verib.

O, daha sonra 2018-ci il üçün təşkilati göstərişlər barədə AMEA prezidentinin 12 dekabr 2017-ci il tarixli 780 nömrəli sərəncamının icrası haqqında danışıb. E.Quliyev elmi müəssisə və təşkilatlarda mülki müdafiə işlərinin Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli qərarı və digər normativ-hüquqi sənədlərlə təşkil edildiyini bildirib. Şöbə rəisi ötən il qərargah rəislərinin MM üzrə tədris məsələlərinə biganə yanaşdığını söyləyərək, keçirilən dərslərin keyfiyyətinin yaxşılaşdırılması, həmçinin maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlarını verib. O, mülki müdafiə üzrə tədrisin 4 yanvar - 30 noyabr 2018-ci il tarixlərində həyata keçiriləcəyini söyləyib.

Şöbə rəisi sərəncama əsasən, cari ildə də elmi müəssisə və təşkilatlardakı fərdi mühafizə vasitələrinin Fövqəladə Hallar Nazirliyinin laboratoriyalarında yoxlanışdan keçiriləcəyini bildirib.

Sonra seminarda şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyev çıxış edərək 2018-ci il üçün təşkilati göstərişlər və planlaşdırma işləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda bir sıra cari məsələlərə baxılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: