www.science.az
10.01.2018 12:58

Azərbaycanın hərb tarixinə dair yeni nəşr

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədovun “Azərbaycan silahları IX-XVII əsrlərdə: təkamül və inkişaf” adlı kitabı çapdan çıxıb.

Azərbaycan hərb tarixinə - IX-XVII əsr Azərbaycan silahlarına həsr olunan nəşrin elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, rəyçiləri tarix üzrə elmlər doktorları Şahin Fərzəliyev, Nurulla Əliyev, Tarix Dostiyev və tarix üzrə fəlsəfə doktoru Fərəh Hüseyndir.

Kitabda Vətən tarixşünaslığında ilk dəfə olaraq arxeoloji, təsviri və yazılı mənbələr əsasında dövrün Azərbaycan silahları təhlil edilir, onların xarakterik xüsusiyyətləri müəyyən olunur. Tədqiqatın müxtəlif mənbələr əsasında aparılması silahların görünüşünü, strukturunu, adlarını müəyyən etməyə imkan verir. Nəşrdə beynəlxalq təsnifat sistemlərinə əsasən Azərbaycan silahlarının təsnifatı tərtib edilir.

Aparılmış elmi araşdırma dövrün Azərbaycan silahlarının təkamül və inkişafını müəyyən etməyə imkan yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.