Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitabın müzakirəsi keçiriləcək
22.01.2018 12:00
  • A-
  • A
  • A+

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitabın müzakirəsi keçiriləcək

Yanvarın 25-də saat 10:00-da AMEA Rəyasət Heyətində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının müzakirəsi olacaq.

Kitabın ideyasının və “Ön söz”ünün müəllifi, nəşrin elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Nəşr Prezident İlham Əliyevin AXC-nin 100 illiyi ilə bağlı Sərəncamına əsasən cümhuriyyətin yubileyinə töhfə olaraq hazırlanıb.

Ünvan: Bakı şəh., İstiqlaliyyət küçəsi, 30.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: