Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Qarabağ xanlığının tarixindən bəhs edən kataloq MEK-ə təqdim edilib
26.01.2018 09:46
  • A-
  • A
  • A+

Qarabağ xanlığının tarixindən bəhs edən kataloq MEK-ə təqdim edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub.

Nəşr Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Xalça Muzeyi tərəfindən hazırlanıb.

Kataloqda Qarabağ xanlığı və onun tarixi, Pənahəli xanın göstərişi ilə Şuşa qalasının tikilməsi, eləcə də xanlığın vəziyyəti və orada baş verən hadisələr haqqında məlumat verilir. Bundan əlavə, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının xilas edilmiş eksponatları haqqında da geniş məlumat diqqətə çatdırılır.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi zamanı Şuşa filialının 246 eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək muzeyin əsas fonduna təhvil verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: