AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakı şəhər M.N.Tusi adına 173 nömrəli tam orta məktəbin şagirdləri üçün açıq dərs təşkil edilib.
Elmlə təhsilin inteqrasiyası çərçivəsində baş tutan dərsdə məqsəd məktəblilərin ədəbi dünyagörüşlərinin zənginləşdirilməsi, onların mənəvi-intellektual inkişafı olub.
Dərsdə şagirdlərə Hüseyn Cavidin həyat və yaradıcılığı, həmçinin muzeyin yeni nəşrləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda qonaqlar muzeyin zəngin ekspozisiyası ilə yaxından tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.