Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
29.01.2018 10:11
  • A-
  • A
  • A+

“Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

21-22 may 2018-ci il tarixlərində AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın bölmələri:

- Qafqaz ölkələrinin xarici siyasəti və qarşılıqlı münasibətləri;

- Qafqazda geosiyasi şərait;

- Qafqaz regionunda baş verən siyasi, sosial-iqtisadi və digər problemlər;

- Qafqazda münaqişələr;

- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü;

- Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqələri.

Məruzə tezislərinin hazırlanmasına dair tələblər:

- Tezislər Times New Roman şrifti ilə 12 ölçüdə, Microsoft Word A4 formatında, 8-10 səhifə həcmində, 1 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır;

- Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

- Azərbaycan, ingilis və rus dillərində açar sözlər (6 sözdən az olmamalıdır) verilməlidir;

- İqtibaslar hər bir səhifənin sonunda verilməlidir;

- Məruzənin sonunda Azərbaycan, ingilis və ya rus dillərində qısa xülasə verilməli, xülasədə məruzənin adı da qeyd edilməlidir;

- Müəllifin istifadə etdiyi mənbələr “İstifadə edilən ədəbiyyat siyahısı” başlığı altında əlifba sırası ilə yazılmalı və ümumi səhifəsi göstərilməlidir;

- Rəsmlər, tablolar və qrafiklər ayrı-ayrı nömrələnməli və altında qısa izahat verilməlidir. PowerPoint-dan istifadə edənlərdən əvvəlcədən məlumat vermələri xahiş olunur;

Məruzələrin son təqdimetmə tarixi 15 apreldir.

Konfrans AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirləcəkdir.

Ünvan:  Bakı ş., H.Cavid pr. 117, IV mərtəbə, 448-ci otaq

Tel: (+994 12) 539 89 91.

E-mail: caucasus.conference1@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: