Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

30.01.2018 15:34
  • A-
  • A
  • A+

AMEA-nın Yüksək Texnologiyalar Parkı gənclər üçün təcrübə məkanıdır

AMEA-nın Yüksək Texnologiyalar Parkı gənclər üçün təcrübə məkanıdır

Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.

Görüşdə AMEA YT Parkın Biznes İnkubasiya şöbəsinin müdiri Vüsal Süleymanlı çıxış edərək ölkəmizdə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bu sahədə həyata keçirilən layihələr elmtutumlu iqtisadiyyatın inkişafına təkan verir və innovasiyaların, o cümlədən yüksək texnologiyaların istehsalata tətbiqini genişləndirir.

GAMŞ-ın üzvü, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov isə çıxışında birgə əməkdaşlıq imkanlarından söz açıb, bu əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Sonra AMEA YT Parkın rezidentləri - AMEA Təcrübə-Sənaye Zavodunun direktor müavini Süleyman Süleymanov, "Millers Oils Azerbaijan" şirkətinin nümayəndəsi Cavid Şahmuradov və "DN TECHNOLOGIES" şirkətinin rəsmisi Ceyhun Nabadov çıxış edərək təmsil etdikləri qurumlar barədə məlumat veriblər.

Sonda gənc alimlər YT Parkın ərazisindəki istehsal prosesi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: