Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Gənc alim və mütəxəssislər şurasının üzvləri Fizika İnstitutunda oldu

AMEA Gənc alim və mütəxəssislər şurasının üzvləri Fizika İnstitutunda oldu

AMEA Gənc alim və mütəxəssislər şurası (GAMŞ) üzvlərinin gənc alimlərlə növbəti görüşü Fizika İnstitutunda baş tutdu.

Görüş çərçivəsində institutun Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova elmi müəssisədə çalışan gənclərin fəaliyyətindən söz açaraq, qurumda 193 nəfər gənc kadrın fəaliyyət göstərdiyini, institut tərəfindən gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilatı fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirdi.

Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Şuranın üzərinə düşən vəzifələri gənclərin nəzərinə çardırdı. O, gənclərin fəaliyyəti, mövqeyinin möhkəmləndirilməsi və elmi təfəkkür səviyyəsinin yüksəldilməsi yönündə yaradılan geniş imkanlardan danışdı.

Şuranın monitorinq qrupunun rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev institutlarda keçirilən monitorinqlərin məqsədinin gənclərlə bilavasitə ünsiyyət qurmaq, onların problemləri ilə tanış olmaq və təkliflərini dəyərləndirmək olduğunu bildirdi.

Görüşdə institutun Gənc alim və mütəxəssislər şurasının sədr müavini Xuraman Xəlilova, fizika üzrə fəlsəfə doktorları Rəhim Ələkbərov, Vüsalə Cəfərova, Sitarə Bağırova və başqaları sual və təkliflərlə çıxış etdilər.

Şuranın üzvləri institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Cavad Abdinovla da görüşdülər. C.Abdinov institutda gənc kadrların fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verdi.

Sonda Şura üzvləri institutun innovasiya sektorunda müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarla tanış oldular.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: