Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Portretlər” adlı kitab işıq üzü görüb
05.11.2013 00:00
  • A-
  • A
  • A+

“Portretlər” adlı kitab işıq üzü görüb

AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanovun “Portretlər” kitabı çap olunmuşdur.

İki hissədən ibarət olan yeni nəşrin birinci “Yazıçılar” bölməsində “Zövqü səfa şairin tənhalığı”, “Hüseyn Cavid və mifoloji düşüncə”, “Cəlil Məmmədquluzadə və xalq gülüş mədəniyyəti” məqalələri yer almışdır.

Kitabın ikinci - “Ədəbiyyatşünaslar” bölməsində isə “Dünənin, bu günün və sabahın ədəbiyyatşünası”, “Elmi düşüncədə və ictimai fəaliyyətdə genişlik”, “Cavabdehlik”, “Kərkük sevdası”, “Mətnlərdən ciddi mətləblərə doğru” sərlövhəli elmi məqalələr nəşr olunmuşdur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş “Portretlər” müəllifin sayca 6-cı kitabıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: