Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Mərkəzi Elmi Kitabxanasında “Kitabxanalarda marketinq işinin təşkili” mövzusunda seminar keçirilib
07.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Elmi Kitabxanasında “Kitabxanalarda marketinq işinin təşkili” mövzusunda seminar keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycan kitabxanaşünaslığında prioritet məsələ - kitabxana innovatikası, müasir vəziyyəti, inkişaf perspektivləri” və “Kitabxanalarda marketinq şöbəsinin təşkili” mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə açan MEK-in elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova kitabxananın inkişafı istiqamətində müasir və sınanmış üsullardan istifadə edildiyini bildirib.

Tədbirdə məruzə ilə çıxış edən kitabxananın şöbə müdiri, doktorant Nərminə Abdullayevaya müasir kitabxanaların inkişaf strategiyası qismində kitabxana işinin innovativ idarə olunması konsepsiyasından və kitabxana fəaliyyətinin informasiya – kommunikasiya texnologiyalarına əsaslanan müasir vəziyyətini əks etdirən amillərdən bəhs edib.

Daha sonra çıxış edən Kitabxanaşünaslıq şöbəsinin müdiri Kəmalə Məmmədova kitabxanalarda marketinq yönümlü struktur dəyişikliklərinin aparılması təklifini irəli sürüb və bunun mövcud iqtisadi şəraitdə aktuallığını diqqətə çatdırıb: “Bəzi elmi kitabxanalarda eksperiment olaraq marketinq istiqamətli şöbələrin yaradılması məqsədə uyğundur”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: