Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.02.2018 12:32
  • A-
  • A
  • A+

Tarixçi gənclər ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayırlar

Tarixçi gənclər ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayırlar

AMEA-nın Əsas binasında Tarix İnstitutunun təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək Gənclər Gününün yaranmasından söz açıb, ölkəmizdə bu günün bayram kimi qeyd edilməsinin ənənəvi hal aldığını söyləyib.

Son illərdə Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, respublikamızın regionda lider dövlətə çevrilməsindən danışan alim hər bir azərbaycanlı gəncin bu dövlətin vətəndaşı olması ilə qürur duyduğunu bildirib. O, gəncləri tariximizə sahib çıxmağa, müstəqilliyimizin qorunması sahəsində üzərlərinə düşən vəzifəni yerinə yetirməyə çağırıb.

Bildirilib ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi önəm verib. Azərbaycan tarixinin bütün mərhələlərində ictimai-siyasi qüvvəyə çevrilən gənclərimiz bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin sürətli inkişafında, qüdrətinin artmasında, mənafeyinin qorunması və möhkəmlənməsində fəal iştirak edir.

Sonra çıxış edən Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafa müəssisədə 40-a yaxın gənc alimin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İnstitutda yeni yaradılan İctimaiyyətlə əlaqələr və Təhsil şöbələrinin müdirlərinin gənclər olduğunu söyləyən R.Mustafa institutun gənc alimlərinin 2017-ci ildə 24 beynəlxalq elmi konfransda iştirak etdiyini bildirib.

Qeyd olunub ki, hazırda Tarix İnstitutunda 3 magistrant təhsil alır. İnstitutun magistrları Azərbaycanın qədim və orta əsrlər tarixi üzrə ixtisaslaşır, qədim mixi yazıları (Şumer, Akkad, Elam, hurri və Urartu) və osmanlı xətlərini (siyaqət) öyrənirlər.

Digər çıxış edənlər 2 Fevral - Gənclər Günü münasibətilə gənc alimləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda institutun bir qrup gənc aliminə Fəxri fərmanlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: