Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”nin təqdimatı keçiriləcək
05.02.2018 16:34
  • A-
  • A
  • A+

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”nin təqdimatı keçiriləcək

Fevralın 7-də saat 11:00-da  AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından növbəti kitabın – Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”nin təqdimatı keçiriləcək.

Kitab Prezident İlham Əliyevin “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 19 noyabr tarixli Sərəncamına əsasən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq nəşr olunub.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə nəşr edilən və Azərbaycan mühacirətinin ədəbi-elmi irsinin geniş ictimaiyyətə təqdimatı məqsədi daşıyan kitabda XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Ceyhun Hacıbəylinin (1891-1962) mühacirət illərində qələmə aldığı bədii-publisistik əsərlər və elmi araşdırmalar yer alıb.

Ünvan: Ba­kı şəh., Hüseyn Cavid prospekti 115, Əsas bina, IV mərtəbə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: