Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

07.02.2018 09:45
  • A-
  • A
  • A+

Görkəmli xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin fəaliyyəti ilə bağlı şagirdlərə məlumat verilib

Görkəmli xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin fəaliyyəti ilə bağlı şagirdlərə məlumat verilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Bakının Mərdəkan qəsəbəsindəki H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə görkəmli xeyriyyəçi-mesenat, sahibkar Hacı Zeynalabdin Tağıyevin 180 illiyi ilə əlaqədar tədbir keçiriblər.

Əvvəlcə muzeyin bir qrup əməkdaşı və onun nəslinin nümayəndələri tanınmış xeyriyyəçinin Mərdəkandakı məzarını ziyarət ediblər.

Mərasimdə H.Z.Tağıyevin xatirəsi yad edilib, onun fəaliyyəti ilə bağlı mühüm məqamlardan söhbət açılıb.

Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov şagirdlərə böyük xeyriyyəçinin həyat yolu, onun Azərbaycan xalqı qarşısında xidmətləri, Mərdəkan məktəbinin yaradılması tarixi barədə ətraflı məlumat verib. Daha sonra o, şagirdləri maraqlandıran sualları cavablandırıb.

Tədbirdə tanınmış xeyriyyəçinin qızı Sara Tağıyevanın qızı Kamilla Abdullayeva və nəvələri də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: