Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib
07.02.2018 12:25
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 29-30 iyun 2018-ci il tarixlərdə keçiriləcək “Nəzəri və Tətbiqi Kompüter Elmləri və Mühəndislik” mövzusunda beynəlxalq konfransın (International Conference on Theoretical and Applied Computer Science and Engineering – ICTACSE2018-summer) elmi komitəsinin üzvü seçilib.

Türkiyənin İstanbul şəhərində baş tutacaq konfransda bioinformatika, Data Mining, distant təhsil, e-dövlət, e-tibb, qeyri-səlis məntiq, informasiya təhlükəsizliyi və risklərin idarə olunması, İT-layihələrin idarə olunması, “ağıllı” sensor şəbəkələri, proqram mühəndisliyi, obrazların tanınması və digər istiqamətlərdə müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: