Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İstanbul Ticarət Palatasının nümayəndə heyətinin üzvləri AMEA Tarix İnstitutunda olublar
08.04.2014 00:00
  • A-
  • A
  • A+

İstanbul Ticarət Palatasının nümayəndə heyətinin üzvləri AMEA Tarix İnstitutunda olublar

AMEA A. Bakıxanov adına Tarix İnstitutunda İstanbul Ticarət Palatasının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Tarix İnstitutunun Türkiyənin tarixçi alimləri arasında elmi münasibətlərin davam etdirilməsi, hər iki ölkənin tarixi həqiqətlərinin dünyaya çatdırılması, türk-müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri soyqırımıların araşdırılması, ortaq türk tarixinin yazılması prosesinin sürətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov türk tarix elminin inkişafı, ortaq türk tarixinin yazılması istiqamətində qarşıda duran məqsədlərə nail olmaq üçün birgə elmi işlərin yazılmasının, Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman xalqına qarşı ermənilərin törətdikləri vəhşiliklərin və soyqırım aktlarının birgə araşdırılması, həmçinin bu məlumatların kütləvi informasiya vasitələri ilə dünyaya çatdırılmasının vacibliyini qeyd edib.

Tədbirdə İstanbul Ticarət Palatasının idarə heyətinin üzvləri Tarix İnstitutu ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi və birgə layihələrdə iştirakın vacibliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: