Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Elm Tarixi İnstitutu İtaliyanın elmi qurumları ilə əlaqələrini genişləndirir
08.02.2018 11:14
  • A-
  • A
  • A+

AMEA-nın Elm Tarixi İnstitutu İtaliyanın elmi qurumları ilə əlaqələrini genişləndirir

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli 31 yanvar - 5 fevral 2018-ci il tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində elmi ezamiyyətdə olub.

Alim səfər çərçivəsində Roma Sapienza Universitetində keçirilən Azərbaycanda elm tarixinə həsr olunmuş silsilə seminarlar və siyasi sosiologiyaya dair mühazirələrdə iştirak edib.

Tədbirlərdə M.Seyidbəyli ölkəmizdə elm sahəsinin tarixindən, bu sahədə həyata keçirilən islahatlardan və əldə olunan uğurlardan danışıb. O, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı dövlət başçısının müvafiq Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu istiqamətdə həyata keçirilən elmi tədqiqatlardan söhbət açıb.

Səfər çərçivəsində M.Seyidbəyli, həmçinin Roma Sapienza Universitetinin professoru Daniel Pomiyer Vinselli, tanınmış antropologiya üzrə mütəxəssis, professor Luigi Maria Solivetti və digər görkəmli alimlərlə görüşüb. Görüşlərdə qarşılıqlı maraq kəsb edən ikitərəfli münasibətlərə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: