Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayında maraqlı məqalələr yer alıb
09.02.2018 14:15
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 9 fevral 2018-ci il tarixində işıq üzü görüb.

Qəzetdə AMEA Rəyasət Heyətinin növbəti iclası, AMEA prezidenti, akademik Akif Əlizadənin Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşü, akademik Teymur Bünyadovun 100 illik yubileyinə həsr olunan elmi sessiya, Ceyhun Hacıbəylinin "Seçilmiş əsərləri"nin təqdimatı, İkinci xüsusi şöbədə keçirilən seminar-məşğələ, Respublika Seysmoloji Xidmət Mərkəzinin "Televiziya" qülləsi yaxınlığındakı sürüşmə zonasında apardığı monitorinq, Naxçıvan Bölməsində baş tutan "İnteraktiv açıq dərs", Azad Həmkərlar İttifaqının Rəyasət Heyətinin iclası və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda "Təhsilimizin nurlu siması", "Əlillərə qarşı münasibət dəyişilməlidir", "Miflərin tarixə müdaxiləsi", "Azərbaycanın gözəl gəlini", "Mənim üçün bir çıraq gətir", "Tarixi xalça", "Elmə əvəzsiz töhfələr vermiş alim" adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «В целях постижения законов живой природы», «Ценный подарок», «Молодым у нас дорога», «Вехи большого пути», «Юбилей великого композитора», «Тропою гения», «К истории гуманизма: взгляд из XXI века», «Духовная предтеча» və s. kimi məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: