AMEA Hüseyn Cavidin Ev Muzeyində Abşeron rayon Mehdiabad qəsəbəsi 4 saylı tam orta məktəbin şagirdləri üçün açıq dərs keçirilib.
“Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda keçirilən dərsdə şagirdlərə mənzum dramaturgiyamızın banisi, böyük romantik şair və görkəmli dramaturq Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı və Cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində muzeydə görülən işlər barədə ətraflı məlumat verilib.
Bundan əlavə, muzeyin əməkdaşı Sərvər Şirinov Hüseyn Cavidin “Ana” mənzum dramı və ədibin şeirləri haqqında mühazirə oxuyub, məktəbliləri maraqlandıran sualları cavablandırıb.
Sonda qonaqlar muzeyin eksponatları və geniş ekspozisiyası ilə yaxından tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.