Kiyev şəhərində Ukrayna Elmlər Akademiyasının (UEA) Həmkarlar İttifaqı ilə AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənədi UEA Həmkarlar İttifaqının sədri, fəlsəfə elmləri namizədi Anatoli Şirokov və AMEA AHİ-nin sədri, professor Habil Qurbanov imzalayıblar.
İki ölkənin elmi qurumlarının həmkarlar ittifaqları arasında əlaqələrin və səmərəli əməkdaşlığın təşkilinə geniş imkanlar yaradan müqavilə 5 il müddətinə nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.