Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Avropa İttifaqının “Horizon-2020” tədqiqat və innovasiya proqramı çərçivəsində treninq keçiriləcək
08.04.2014 00:00
  • A-
  • A
  • A+

Avropa İttifaqının “Horizon-2020” tədqiqat və innovasiya proqramı çərçivəsində treninq keçiriləcək

Aprelin 9-10-da saat 10:00-da AMEA-nın Əsas binasında Avropa İttifaqının “Horizon-2020” tədqiqat və innovasiya proqramı çərçivəsində treninq keçiriləcək.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsi və Regional İnnovativ Texnologiyalar Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə Avropa İttifaqı, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində birgə fəaliyyət məsələləri müzakirə olunacaqdır.

Tədbirdə beynəlxalq ekspertlərlə yanaşı, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əməkdaşları iştirak edəcəklər.

Ünvan: Bakı şəhəri, H.Cavid küçəsi, 31.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: