www.science.az
14.02.2018 09:20

Azərbaycanlı alim Rusiyanın Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun "Fəxri professoru" adına layiq görülüb

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda (HİHQ) Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Rəşad Qurbanovla görüş keçirilib.

Görüşdə qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Daha sonra Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə çıxış edərək beynəlxalq əlaqələrin qurulmasında və ikitərəfli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə R.Qurbanovun HİHQ-in "Fəxri professoru" adına layiq görüldüyünü bildirib.

Öz növbəsində R.Qurbanov rəhbəri olduğu müəssisənin Elmi Şurasının 9 fevral 2018-ci il tarixli qərarı ilə Aytən Mustafazadənin bu institutun "Fəxri professoru" adına layiq görüldüyünü bildirib, mükafatı alimə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.