Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yaxın onilliklərdə bəzi ölkələrdə orta yaş həddi 90-a çatacaq
19.02.2018 08:10
  • A-
  • A
  • A+

Yaxın onilliklərdə bəzi ölkələrdə orta yaş həddi 90-a çatacaq

"XX əsrin əvvəllərində dünyada orta yaş həddi 30 idi. Bəzən camaat arasında ulu babalarımızın daha uzun ömür yaşadıqları barədə fikirlər dolaşsa da, statistika bunun əksini göstərir".

Bunu Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov AMEA-nın ümumi yığıncağı və Səhiyyə Nazirliyinin kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır" mövzusunda birgə elmi sessiyasında çıxışı zamanı deyib.

Akademik qeyd edib: “Getdikcə orta ömür həddi artaraq əsrin ikinci yarısında 50-60 yaşa çatıb. Bu gün isə dünyada orta yaş həddi 70 və ondan yuxarı hesab olunur. Lakin bir sıra ölkələr var ki, orada orta ömür 84 yaş həddindədir, yaxın onilliklərdə həmin rəqəmin 90-a çatacağı güman edilir”.

Ə.Əmiraslanov, həmçinin herontoloqlara görə, dünyaya gələn hər üç uşaqdan birinin 100 il yaşamaq ehtimalı olduğunu diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: